Niderland çempionatında ilk yaşanıb.
Apasport.az saytının məlumatına görə, “Fortuna” VIII turun oyununa 11 legionerlə çıxıb.
Bu, “Volendam”la qarşılaşmada qeydə alınıb. “Fortuna” Niderland futbolu tarixinə start heyətində 11 legionerə şans verən, üstəlik baş məşqçisi və sahibi əcnəbi olan ilk komandadır.
İlk “11-lik”də iki portuqaliyalı, iki türkiyəli, iki ispaniyalı, həmçinin xorvatiyalı, braziliyalı, ingiltərəli, almaniyalı və Kabo-Verde təmsilçisi yer alıb. Türkiyəli sahibkarın klubunu İspaniyadan olan mütəxəssis çalışdırır.
Qeyd edək ki, Sittard təmsilçisi bu matçda 2:0 hesabı ilə qələbə qazanıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"