Millimizin üzvü oynamadı, komandası 1 xal qazandı
04.05.2025 - 00:21
Millimizin üzvü oynamadı, komandası 1 xal qazandı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Kökçü Finlandiya çempionatının VI turunda meydana çıxmaq şansı qazanmayıb.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi HİK səfərdə "İnter Turku"nun qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Ozanın adı bu görüşün iştirak ərizəsində salınmayıb. Kökçü bu mövsümdə 2 matçda cəmi 11 dəqiqə oynamaq imkanı qazanıb.

Qeyd edək ki, HİK 5 oyundan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb. Ozanın komandası növbəti turda "Yaro"nun qonağı olacaq.