Modriç mövsümü erkən başa vurdu
27.04.2026 - 18:42
İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Luka Modriç sıradan çıxıb.
Xorvatiyalı yarımmüdafiəçi A Seriyasının 34-cü turunun "Yuventus"la matçında (0:0) zədələnib.
Modriçin almacıq sümüyündə sınıq aşkarlanıb. 40 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Xorvatiya millisinin üzvü dünya çempionatına kimi hazır olacaq.
Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlində "Milan"a qoşulub. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0