“Monako” belçikalı futbolçunu icarəyə götürüb
15.01.2026 - 00:53
“Monako” belçikalı futbolçunu icarəyə götürüb

İngiltərə Çempionşip təmsilçisi “Lester Siti”nin müdafiəçisi Vaut Faes karyerasını Fransada davam etdirəcək.

Apasport.az xəbər verir ki, “Monako” belçikalı futbolçunu icarəyə götürüb.

Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunadək “Monako”nun formasını geyinəcək.

Qeyd edək ki, “Lester Siti” Vaut Faesi 2022-ci ilin yayında “Reyms” klubundan transfer edib. Belçika millisinin üzvü bu mövsüm “tülkülər”in heyətində iştirak etdiyi 16 rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.