Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella yığmanın son durumu barədə danışıb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis DÇ-2026 öncəsi bütün futbolçulara şans vermək istədiyini bildirib.
Montella Kenan Yıldızın məşqlərə başladığını, Ferdi Kadıoğlu ilə bağlı isə riskə getmək istəmədiyini söyləyib:
"Dünya Kuboku öncəsi hər kəsi oynatmaq və bütün futbolçulara bərabər vaxt vermək istəyirik. Kenan Yıldız məşqlərə başlayıb. Ferdi Kadıoğlu ilə bağlı isə risk etmək istəmədim. Futbolçular milli komanda fasilələrindən çox zövq alırlar, mən də milli komandaların toplanışını səbirsizliklə gözləyirəm. Onların bir an əvvəl gəlməsini istəyirəm. Bu birliyi qorumaq məcburiyyətindəyik".
Xatırladaq ki, Vinçenso Montella 2023-cü ilin sentyabrından Türkiyə millisinin baş məşqçisidir.
Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ, Avstraliya və Paraqvay yığmaları ilə mübarizə aparacaq.