Mourinyo İsmail Yükseki buraxmaq fikrində deyil
30.01.2025 - 11:18
Mourinyo İsmail Yükseki buraxmaq fikrində deyil

"Fənərbaxça"nın 2020-ci ilin yayında "Gölcükspor"dan 65 min avroya transfer etdiyi İsmayıl Yüksek Fransa nəhənginin radarındadır. 

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçilərindən "Marsel" 26 yaşlı futbolçu ilə maraqlanır.

Fransa klubu Türkiyə millisinin üzvü üçün “sarı-lacivərdlilər”ə 10 milyon avro təklif edib.

Yüksək məbləğə baxmayaraq, Joze Mourinyo İsmail Yükseki buraxmaq fikrində deyil. 

Klub rəhbərliyi 2027-ci ilə qədər müqaviləsi olan 26 yaşlı futbolçunun sözləşməsini daha bir il uzatmaq istəyir.

0