“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala “Leyptsiq”lə yoxlama oyununda istidən özünü pis hiss edib və huşunu itirib.
Apasport.az xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hadisə 83-cü dəqiqədə, 23 yaşlı futbolçunun komandasının üçüncü qolunu vurmasından qısa müddət sonra baş verib. Musialanın vəziyyətinin pisləşdiyini komanda yoldaşı İsmail Saybari vaxtında görərək onu tutub.
Həkimlərin müdaxiləsindən sonra Musiala meydanı tərk edib. Onun əvəzinə Bara Ndiaye oyuna daxil olub.
Almaniya mətbuatının məlumatına görə, ilkin müayinənin nəticələrinə əsasən, futbolçunun səhhətində ciddi problem aşkarlanmayıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı