"Napoli" 3 xalı 3 qolla qazandı
23.11.2025 - 01:45
"Napoli" 3 xalı 3 qolla qazandı

A Seriyasında turun ən maraqlı qarşılaşmalarından biri Neapolda baş tutub.

Apasport.az xəbər verir ki, “Napoli” öz meydanında “Atalanta”nı qəbul edib. 

Neapol təmsilçisi matç boyunca oyuna nəzarət edib və 3 qol vuraraq vacib 3 xal əldə edib.

“Atalanta” isə yalnız bir dəfə fərqlənə bilib və səfərdən xalsız dönüb.