"Napoli" braziliyalının transferini açıqlayıb
25.01.2026 - 15:27
"Napoli" braziliyalının transferini açıqlayıb

İtaliyanın "Napoli" komandası "Verona"nın hücumçusu Giovanenin transferini rəsmən elan edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Transferin "Napoli"yə 2 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Giovane cari mövsüm "Verona"nın heyətində A Seriasında 21 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.