“Napoli” italiyalı müdafiəçini istəyir
14.03.2025 - 15:54
“Napoli” italiyalı müdafiəçini istəyir

İtaliya A Seriyası təmsilçilərindən “Napoli” yayda müdafiə xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, komanda “Empoli”də çıxış edən Luka Marianuççi ilə yaxından maraqlanır.

“Empoli”nin müdafiəçisi Luka Marianuççi “Napoli”yə keçir?

Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, hər iki klub bu transfer üçün şifahi razılığa gəlib.

Qeyd edək ki, 20 yaşlı italiyalı müdafiəçi bu mövsüm “Empoli”nin heyətində çıxış etdiyi 14 rəsmi matçda 2 assistlə yadda qalıb.