"Napoli"də yeni müqavilə: UZUNMÜDDƏTLİ SÖZLƏŞMƏ
18.08.2026 - 15:38
“Napoli” yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissa ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, İtaliya klubu 30 yaşlı futbolçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif edəcək.
Buna səbəb İngiltərənin “Sanderlend” klubunun kamerunlu yarımmüdafiəçiyə maraq göstərməsidir.
“Napoli”nin yeni baş məşqçisi Massimiliano Alleqri Anqissanın komandada saxlanılmasını istəyir. Yeni müqavilə baş tutacağı halda futbolçunun karyerasının sonunadək Neapol təmsilçisində qalması ehtimal olunur.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0