"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri bəlli olub
15.01.2026 - 10:57
"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri bəlli olub

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri məlum olub.

Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində çalışacaq.

60 yaşlı məşqçi "Çernomorets"lə anlaşıb. I Liqa klubu Qriqorçukla 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2024-cü ilin iyul-oktyabr ayları arasında "Neftçi"nin baş məşqçisi olub.