Neymarın DÇ-2026-da Braziliya millisinin heyətinə düşüb-düşməyəcəyi hələ də sual altındadır.
Apasport.az xəbər verir ki, hazırda “Santos”u yerli çempionatda düşməkdən xilas etməyə çalışan ulduz hücumçu, eyni zamanda Dünya Çempionatına çağırılmaq şansını artırmağa çalışır.
Baş məşqçi Karlo Ançelotti isə mövzu ilə bağlı ehtiyatlı danışıb:
“Hamının Neymarla bağlı marağını başa düşürəm. Amma bir məqamı dəqiqləşdirim: hazırda dekabrdır, Dünya Çempionatı isə iyunda olacaq. Heyəti mayda açıqlayacağam. Əgər Neymar buna layiq olsa, sağlam vəziyyətdə olsa və digərlərindən daha yaxşı, ya da ən azı onlar qədər oynasa, mundialda iştirak edəcək”.
Qeyd edək ki, Neymar son dəfə Braziliya millisinin heyətində 2023-cü il 18 oktyabrda Uruqvaya qarşı keçirilmiş seçmə oyunda (0:2) meydana çıxıb.