Niderland millisində ciddi itki
14.11.2026 - 23:51
Niderland millisinin heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Frenki de Yonq zədələnərək sıradan çıxıb.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
“Barselona”nın yarımmüdafiəçisi UEFA Millətlər Liqasının V turunda Yunanıstanla keçirilən matçda (7:0) zədələnib. 29 yaşlı futbolçu bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Niderland yığması növbəti oyununu noyabrın 16-da səfərdə Almaniyaya qarşı keçirəcək.
0
0