DÇ-2026 öncəsi keçirilən yoxlama oyununda Niderland millisi Özbəkistanla üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Nyu-Yorkdakı "Icahn Stadium"da baş tutan qarşılaşma Niderlandın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 32-ci dəqiqədə penaltidən Kodi Qakpo açıb.
Özbəkistanda Eldor Sergeyev 90+2-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün artıq heç-heçə başa çatacağı düşünülən anda Niderland millisi qələbə qolunu vurub.
90+8-ci dəqiqədə Qakpo yenə penaltidən fərqlənib: 2:1.
Qeyd edək ki, bu görüş hər iki komandanın DÇ-2026 öncəsi son sınağı olub. Niderland mundialın F qrupunda, Özbəkistan isə K qrupunda mübarizə aparacaq.
- Aziz Yıldırım rəsmən işə başlayır – Mandat mərasimi çərşənbə günü
- "Real"ın yeni hədəfi: Perez "Atletiko"nun ulduzunu istəyir
- Meydanda qorxutmuşdu – Eriksendən müsbət xəbər
- Kloppun meneceri əsəbiləşdi – “Axmaq xəbərlərdən çox narahatam”
- “Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus