Noyerin sevinci kədərə çevrildi - Klubu açıqladı
07.03.2025 - 11:32

Xəbər verdiyimiz kimi, "Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer"lə matçında qol sevinci zamanı zədələnib.
Apasport.az xəbər verir ki, matçda sona qədər çıxış edə bilməyən qolkiper matçın 58-ci dəqiqəsində əvəzlənib.
Bundesliqa klubu Noyerin hazırkı vəziyyəti ilə bağlı açıqlama yayıb. Təcrübəli qapıçının sağ budunda əzələ lifi yırtığı aşkarlandığı bildirilib.
Bu səbəblə futbolçunun bir müddət meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, görüş "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0