
"Borussiya Dortmund"un sabiq çalışdırıcısı Nuri Şahin Türkiyə Super Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, Şahin ölkəsində yeni iş tapıb.
Belə ki, yaxın günlərdə "Başakşehir"də Nuri Şahin dövrü başlayacaq.
Çağdaş Atanla yollarını ayırmağa hazırlaşan "Başakşehir" rəhbərliyi bir müddətdir işsiz olan Nuri Şahini yeni baş məşqçi kimi nəzərdən keçirir. İstanbul klubu gənc baş məşqçi üçün ilk təmaslara başlayıb.
Bundan öncə sabiq "Fənərbaxça"lı Aykut Kocamanın İstanbul təmsilçisində çalışacağı bildirilmişdi.
Qeyd edək ki, 36 yaşlı mütəxəssis daha əvvəl "Antalyaspor"da komanda mütəxəssisi kimi çalışıb.