Super Liqa nəhənglərindən “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen jurnalistlərə hücum edib.
Apasport.az xəbər verir ki, bu barədə “Posta” nəşrinin müxbiri Tolqa Bozduman açıqlama verib.
Jurnalist Osimheni gecə saatlarında əyləncə məkanından çıxarkən gördüyünü və fotolarını çəkdiyini deyib. Bozduman bu səbəbdən futbolçunun onu vurduğunu söyləyib:
“Mən və üç həmkarım Osimheni klubun qarşısında gördük və onu görüntülədik. Lakin bu anda xaos yarandı. Osimhen qışqıra-qışqıra üstümə qaçdı, kameranı götürməyə çalışdı. Buna imkan vermədim. Yumruğu ilə başıma vurdu və səni məhv edəcəm dedi”.
Osimhen icarə əsasında “Qalatasaray”da çıxış edir. O, bu mövsüm Super Liqada 14 oyunda 11 qol vurub
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi