"Fənərbaxça"nın müdafiəçisi Ceydon Ostervolde Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.
Apasport.az xəbər verir ki, "Everton", "Benfika", "Lion", "Şalke" və "Portu" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 25 yaşlı mərkəz müdafiəçisini 20 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Fənərbaxça" Ceydon Ostervoldeni 2023-cü ilin yanvarında "Parma"dan 6 milyon avroya transfer edib. O, 2025/2026 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir