Duşan Vlahoviçlə “Yuventus” arasında yeni müqavilə danışıqları nəticəsiz qalıb.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçu Turin klubunun son təklifini qəbul etməyib.
"TuttoMercato"nun məlumatına görə, “Yuventus” Vlahoviçə illik 6 milyon avro maaş və əlavə 1 milyon avro bonus təklif edib.
Lakin 26 yaşlı forvard bu təklifi rədd edərək illik 8 milyon avro tələb edib.
“Yuventus” rəhbərliyinin isə futbolçunun bu istəyinə sərt reaksiya verdiyi bildirilir. Klub rəsmiləri Kenan Yıldızın illik 7 milyon avro qazandığını xatırladaraq Vlahoviçə “Özünü Kenandan daha dəyərli hesab edirsən?” cavabını veriblər.
Bu vəziyyətdən sonra tərəflər arasında danışıqların çətinləşdiyi qeyd olunur.
Qeyd edək ki, Duşan Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
- “Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər
- İraola üçün çətin başlanğıc – “Liverpul” transferdə xərcləri azaldır