Palinya “Tottenhem”də qalmaq istəmir
08.01.2026 - 13:13
Palinya “Tottenhem”də qalmaq istəmir

"Tottenhem"in yarımmüdafiəçisi Joao Palinya cari mövsüm başa çatdıqdan sonra yenidən "Bavariya"ya qayıda bilər.

Apasport.az xəbər verir ki, London klubu icarə müddəti başa çatdıqdan sonra portuqaliyalı futbolçunun birdəfəlik transferi ilə bağlı yekun qərar verməyib.

Müqavilədə 30 milyon avro qarşılığında satınalma maddəsi yer alsa da, Palinya “Tottenhem”də qalmaq yerinə “Bavariya”ya qayıtmaq istəyir.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 29 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.