Paraqvay millisinin üzvü İngiltərə klubunda
17.08.2026 - 20:56
“İpsviç” “Strasburq”un hücumameyilli yarımmüdafiəçisi Xulio Ensisonu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu İngiltərə klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
“Strasburq” bu transferdən bonuslar da daxil olmaqla, ümumilikdə 30 milyon avroya qədər gəlir əldə edə bilər.
Qeyd edək ki, Ensiso Liqa 1-də 27 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2026-cı il dünya çempionatında Paraqvay millisinin heyətində 5 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0