"Porto" baş məşqçisi ilə yollarını ayırıb
21.01.2025 - 12:32
Portuqaliya təmsilçilərindən "Porto" baş məşqçisi Vitor Bruno ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
42 yaşlı portuqaliyalı ilə müqavilə qeyri-qənaətbəxş nəticələrə görə ləğv edilib.
Komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Xose Tavares yerinə yetirəcək.
Qeyd edək ki, Vitor Bruno ötən ilin yayından “Porto”ya rəhbərlik edirdi. 18 turdan sonra komanda Portuqaliya liqasında 40 xalla 3-cü pillədədir.
0
0