“Portu” baş məşqçisi ilə yeni müqavilə imzalayıb - RƏSMİ
12.01.2026 - 19:27
“Portu” baş məşqçisi ilə yeni müqavilə imzalayıb - RƏSMİ

“Portu”nun baş məşqçisi Françesko Farioli klubla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 36 yaşlı mütəxəssis 2028-ci ilin yayına qədər Portuqaliya təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Farioli mövsümün əvvəlindən etibarən “Portu”ya rəhbərlik edir.