Potterdən xahiş
19.10.2022 - 00:00
“Çelsi”nin baş məşqçisi Qrem Potterin komandasında görmək istədiyi futbolçu bəlli olub.
Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis “Brayton”un hücumçusu Leandro Trossardı sərəncamında görmək istəyir.
Potter bu komandada çalışdığı vaxtdan 27 yaşlı forvardın oyununa bələddir. Bu üzdən də onu “Çelsi”də görmək istəyən mütəxəssis bununla bağlı klub rəhbərliyindən xahiş edib.
Qeyd edək ki, 2019-cu ildən “Brayton”da çıxış edən Trossard cari mövsümün 9 oyununda 5 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
1
0