Premyer Liqa klubundan 46 milyonluq tələb
20.09.2022 - 17:01
“Aston Villa”nın futbolçusu Duqlas Luis London nəhənglərinin maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun yarımmüdafiəçisi “Arsenal”la “Çelsi”nin hədəfindədir.
Luis həm də “Barselona”nın transfer siyahısına düşüb. Yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bu üzdən “Aston Villa” qışda Duqlası satmaq fikrindədir. Birminhemlilər onun üçün 46 milyon avro tələb edir.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu ilin yayında “Mançester Siti”dən transfer olunub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0