Premyer Liqanın rekordçusundan vida
16.09.2022 - 14:02
İngiltərə millisinin sabiq qapıçısı Ben Foster karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu qolkiperin özü açıqlayıb.
O, futbolçu karyerasını 39 yaşında bitirib. Foster bu yay “Nyukasl”dan aldığı təklifi qəbul etməyib.
Benin son klubu ötən mövsüm Premyer Liqanı tərk edən “Uotford” olub.
O, karyerası ərzində “Stok Siti”, “Mançester Yunayted”, “Birminhem və “Vest Bromviç”də də çıxış edib. Foster Premyer Liqada hamıdan çox - 34 min 959 dəqiqə keçirməklə rekordçudur.
Qeyd edək ki, Ben İngiltərə millisində 8 matça çıxıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0