PSJ "Çelsi"nin ulduzu ilə maraqlanır
16.01.2026 - 17:14
PSJ "Çelsi"nin ulduzu ilə maraqlanır

Fransanın PSJ klubu İngiltərənin "Çelsi" komandasında çıxış edən yarımmüdafiəçi Enzo Fernandeslə maraqlanır.

Apasport.az xəbər verir ki, Paris təmsilçisinin nümayəndələri 24 yaşlı futbolçunun ətrafı ilə artıq qeyri-rəsmi danışıqlara başlayıblar.

PSJ argentinalı oyunçunu yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Lakin Enzo Fernandezin “Çelsi” ilə 2032-ci ilə qədər qüvvədə olan uzunmüddətli müqaviləsi bu transferin reallaşmasını çətinləşdirir.

“Transfermarkt” portalı dünya çempionunun bazar dəyərini 85 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl Enzo Fernandezin Enzo Mareskanın “Çelsi”nin baş məşqçi postundan ayrılmasından sonra London klubunu tərk etməyi düşündüyü barədə xəbərlər yayılmışdı.