PSJ-dən Premyer Liqaya
28.07.2022 - 17:13
PSJ-nin futbolçusu Abdu Diallo karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Vest Hem”in maraq dairəsindədir.
Premyer Liqa təmsilçisi oyunçunu bu yay heyətinə qatmaq istəyir. Fransalılar Diallo üçün 17 milyon funt sterlinq tələb edir.
Seneqallı 2019-cu ildən PSJ-də oynayır. O, bu müddətdə 75 matç keçirib.
Qeyd edək ki, Diallo İtaliya klublarının da maraq dairəsindədir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0