PSJ-nin 59 azarkeşi həbs edilib
29.01.2025 - 15:34
Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində bu gün "Ştutqart"ın qonağı olacaq PSJ-nin fanatları ilə yerli azarkeşlər arasında dava düşüb.
Apasport.az xəbər verir ki, qarşıdurma zamanı ciddi xəsarət alanlar olmasa da, 59 nəfər həbs edilib.
Saxlanılanların hamısının Fransa klubunun azarkeşləridir.
Qeyd edək ki, "Ştutqart" - PSJ matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək. Paris təmsilçisi ÇL-in turnir cədvəlində 10 xalla 22-ci, "Ştutqart" isə eyni xalla 24-cü sırada mövqe tutub.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0