PSJ-nin futbolçusu Afrikanın ən yaxşısı seçilib
19.11.2025 - 23:55
Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu mükafata PSJ-nin müdafiəçisi Əşrəf Hakimi layiq görülüb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunçu sıralamada “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı və “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimheni qabaqlayıb.
Qeyd edək ki, ötən il bu mükafata “Atalanta”nın hücumçusu Ademola Lukman layiq görülmüşdü.

0
0