“Liverpul”un futbolçusu Kodi Qakpo karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Tottenhem” niderlandlı vingerin transferində maraqlıdır.
Bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.
London təmsilçisi 27 yaşlı hücumameyilli futbolçu üçün “Liverpul”a 70 milyon avroluq təklif göndərməyi planlaşdırır. Qakpo ilə “Bavariya” və “Nyukasl”ın da yaxından maraqlandığı bildirilir.
Qeyd edək ki, “Liverpul” Kodi Qakponu 2023-cü ilin yanvarında PSV-dən 42 milyon avroya transfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.