“Qalatasaray” mükafatlandırılma mərasimindən imtina etdi - Şüarlara görə
10.01.2026 - 22:51
“Qalatasaray” mükafatlandırılma mərasimindən imtina etdi - Şüarlara görə

“Qalatasaray” Türkiyə Superkubokunun final matçında “Fənərbaxça”ya 0:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” oyundan sonra keçirilən mükafatlandırılma mərasimində iştirak etməyib.

Bunun səbəbi bir müddət əvvəl vəfat edən İstanbul təmsilçisinin sabiq futbolçusu Gökmen Özdenakı yad etmək üçün keçirilən bir dəqiqəlik sükut zamanı azarkeşlərin səsləndirdiyi şüarlardır.

Komanda buna görə mükafatlandırılma mərasimində iştirak etməkdən imtina edib.