“Qalatasaray” və “Fənərbaxça” zirvədə - STATİSTİKALAR
31.01.2025 - 18:27
UEFA Avropa Liqasının Liqa mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, Türkiyə klubları bəzi göstəricilərə görə turnirin üst sıralarında yerlərini alıblar.
“Qalatasaray” 19 qolla əsas mərhələsinin ən çox qol vuran komandası ünvanına yiyələnib. “Sarı-qırmızlılar”ın heyətində Dris Mertens 6 assistlə ilk pillədə qərarlaşıb.
“Fənərbaxça” isə turnirdə 36 sarı kartla bu kateqoriya üzrə birinci sıradadır.
Qeyd edək ki, pley-off mərhələsində “cimbom” “Alkmaar”la, “sarı-lacivərdlilər” isə “Anderlext”lə üz-üzə gələcək.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0