Türkiyənin iki nəhəng klubu – "Fənərbaxça" və "Qalatasaray" arasında sosial şəbəkədə gərginlik yaşanıb.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” rəsmi hesabında etdiyi paylaşımda “sarı kart göstərmə”, “qırmızı kart vermə”, “VAR-a getmə” və “penalti təyin etmə” kimi məqamları ironik formada qeyd edərək "Qalatasaray"a sataşıb.
Buna cavab olaraq “sarı-qırmızılılar” rəqib klubun paylaşımına istehzalı cavabla, “Hakim təyinatını birlikdə etmisiniz? İlk səs sizdən gəldi…” sözləri ilə qarşı tərəfə cavab verib.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" Türkiyə Futbol Federasiya ilə əlaqələrini kəsdiyini açıqlamışdı.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə