"Qalatasaray"dan "İnter"ə 30 milyon avroluq təklif
05.01.2026 - 12:58
"Qalatasaray"dan "İnter"ə 30 milyon avroluq təklif

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qalatasaray" italiyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Milan klubuna 30 milyon avroluq satınalma bəndi ilə Frattezini icarəyə götürmək təklifi göndərib. Klublar arasında müzakirələr davam edir.

Qeyd edək ki, Davide Frattezi bu mövsüm "İnter"in heyətində keçirdiyi 15 oyunda 2 qol ötürməsi edib. 26 yaşlı oyunçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.