“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte “Ayaks”ın maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Amsterdam təmsilçisi 24 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq variantını nəzərdən keçirir.
İddialara görə, Uqarte özü də “Ayaks”a keçidə müsbət yanaşır. Lakin futbolçunun yüksək maaşı transfer prosesində əsas müzakirə mövzularından biri olaraq qalır. Tərəflər bu məsələ ilə bağlı razılıq əldə etməyə çalışırlar.
Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi ilə daha əvvəl Türkiyənin “Qalatasaray” klubunun da maraqlandığı bildirilmişdi.