
"Qalatasaray"ın sabiq futbolçusu Felipe Melo qərarını verib.
Apasport.az xəbər verir ki, o, karyerasını başa vurub.
Bunu yarımmüdafiəçinin özü açıqlayıb. Onun son klubu Braziliya "Fluminense"si olub.
41 yaşlı Melo sosial şəbəkə hesabında vida paylaşımı edib:
"Bu gün həyatımın ən önəmli bölümlərindən birini - futbolçu karyeramı sonlandırıram. İllər ərzində mübarizə və zəfərlə dolu inanılmaz anlar yaşadım. Yaşadığım hər şey, hər an Tanrının əliylə yönləndirildi və sevdiyim işlə məşğul ola bildiyim üçün ona sonsuz dərəcədə minnətdaram.
Oynadığım bütün klublara, bu yolda enerji qaynağım olan azarkeşlərə, komanda yoldaşlarıma, karyeramda iz buraxan hər kəsə, mənə hər zaman inanan ailəmə və Tanrıya təşəkkür edirəm".
Qeyd edək ki, Melo "Flamenqo", "Qremio", "Kruzeyro", "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Qalatasaray", "Yuventus", "İnter", "Palmeyras" və "Fluminense" klublarının formasını geyinib. O, həmçinin Braziliya millisinin də şərəfini qoruyub.
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb
- Premyer Liqaya yüksələn iki klub bəlli olub