“Qalatasaray”ın sabiq üzvü I Liqa klubunu tərk edib
20.05.2025 - 20:24
“Qalatasaray”ın sabiq üzvü I Liqa klubunu tərk edib

Türkiyə I Liqa təmsilçilərindən "Amed"in baş məşqçisi Servet Çetin komandanı tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray"ın sabiq üzvü ilə yollar ayrılıb.

Xatırladaq ki, "Amed" mütəxəssisi ötən ilin noyabr ayında komandanın sükanı arxasına keçirmişdi.

Qeyd edək ki, “Amed” çempionatı 57 xalla 9-cu pillədə bitirib.