"Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb
14.01.2026 - 13:55
"Qarabağ" komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.
İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.
Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.
0
0