
“Qarabağ”ın Norveçdə “Budo Qlimt”ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər bu gündən satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azarkeşlər biletləri saat 14:00-dan etibarən “iTicket.az” saytında əldə edə biləcəklər.
Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 14:00-dan 16:00-a kimi “Scandic Havet” (Ünvan: Tollbugata 5, 8006 Bode, Norge) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 55 manatdır.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda, noyabrın 7-də təşkil olunacaq “Budo Qlimt” – “Qarabağ” oyunu saat 21:45-də start götürəcək.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?