“Los-Anceles Qalaksi”nin hücumçusu Qaret Beyl DÇ-2022-nin startı ərəfəsində özünü biznesdə sınamaq qərarına gəlib və öz brendi olan pivə istehsalına başlayıb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı ulduz futbolçunun alkoqollu içki brendi olan “Bale Ale” və ya “Bale Lager” Uels yığmasının 64 ildən sonra dünya çempionatına qayıtmasını qeyd etmək məqsədilə supermarketlərə paylanacaq.
“Bale Ale”nin biri 1,70 funt-sterlinqdən satışda olacaq. Beyl buradan əldə edilən gəlirlə ölkəsində futbolun inkişafına köməklik göstərəcəyinə söz verib.
Qeyd edək ki, noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatında Uels yığması İngiltərə, İran və ABŞ-la eyni qrupda mübarizə aparacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı