Qətər millisi dünya çempionatları tarixində ilk xalını qazanıb.
Apasport.az xəbər verir ki, B qrupunun II turunda İsveçrə ilə qarşılaşan Asiya təmsilçisi meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Bu nəticə Qətərin mundiallar tarixində ilk xalı kimi qeydə alınıb.
Qətər daha əvvəl yalnız DÇ-2022-də çıxış etmiş və qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olmuşdu.
Həmin turnirdə ev sahibi Ekvadora 0:2, Seneqala 1:3, Niderlanda isə 0:2 hesabı ilə uduzmuşdu.
Beləliklə, Qətər dünya çempionatlarında keçirdiyi 4-cü matçda ilk dəfə məğlubiyyətdən qaçmağı bacarıb.
Qeyd edək ki, B qrupunda ilk turdan sonra İsveçrə, Kanada, Bosniya və Herseqovina, eləcə də Qətərin aktivində 1 xal var.
- Premyer Liqa klubunda yeni müqavilə - Kristi ilə 2029-a qədər
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı