Qrey də Səudiyyə Ərəbistanı klubunda
06.09.2023 - 17:45
Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, "Everton"un yarımmüdafiəçisi Demaray Qrey "Əl İttifaq"a keçib.
İngiltərə futbolunun əfsanələrindən Stiven Cerrardın rəhbərlik etdiyi komanda 27 yaşlı yamaykalının transferini tamamladığını açıqlayıb. Ərəblər forvardın keçidinə görə Mersisayd təmsilçisinə 10 milyon dollar ödəyəcək. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Qrey 2021-ci ilin yayından “Everton”da çıxış edir. O, komandanın heyətində 72 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə verib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0