Quiza qocalmaq bilmir: 45 yaşda yeni müqavilə
06.06.2026 - 18:46
Quiza qocalmaq bilmir: 45 yaşda yeni müqavilə

İspaniya millisinin sabiq futbolçusu Dani Quizanın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, hücumçu karyerasını VII Liqada davam etdirəcək.

45 yaşlı oyunçu "Trebuxena" ilə anlaşıb.

Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb. Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Quiza karyerası ərzində "Malyorka", "Xetafe", "Fənərbaxça", "Kadis" kimi klubların formasını geyinib. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol vurub.