Qvardiola: “Premyer Liqada titul yürüşündə çox komanda olacaq”
31.07.2022 - 10:58
“Gələcəkdən xəbər verə bilsəydim, çempionluq mübarizəsində kimlərin olacağını deyərdim”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
51 yaşlı ispaniyalı İngiltərə Premyer Liqasının yeni mövsümündəki çempionluq mübarizəsi haqda fikirlərini bildirib: “Çempionatda komanda çoxdur və mübarizə gözlənilir. Premyer Liqada titul yürüşündə çox komanda olacaq. Həm məşqçi, həm futbolçu, həm tarix baxımından hamısının səviyyəsi yüksəkdir”.
Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 5-də start götürəcək.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0