Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
20.01.2026 - 17:33
Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Rafa Silva “Benfika” ilə anlaşıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı portuqaliyalı oyunçu tibbi müayinədən keçmək üçün sabah Lissabona gedəcək.
Rafa Silva 2024-cü ilin yayında “Beşiktaş”a “Benfika”dan keçmişdi.
O, bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0