“Real” ingiltərəli müdafiəçi ilə maraqlanır
04.03.2025 - 18:28
“Real” ingiltərəli müdafiəçi ilə maraqlanır

İspaniya La Liqası komandalarından “Real Madrid” yayda heyətini gücləndirmək istəyir.

Real Madrid müdafiə xətti gücləndirir

Apasport.az “AS” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” “Kristal Pelas”da çıxış edən müdafiəçi Adam Varton ilə yaxından maraqlanır.

“Kristal Pelas” Adam Vartonu satmağa razıdırmı?

Mənbənin məlumatına görə, Premyer Liqa təmsilçisi oyunçunu satmağa razıdır və  futbolçu üçün 84 milyon avro tələb edir.

Xatırladaq ki, 21 yaşlı ingiltərəli “Kristal Pelas”a ötən il “Bləkbörn”dən 21 milyon avro qarşılığında transfer olunmuşdu.

Qeyd edək ki, müdafiəçi bu mövsüm komandasının heyətində iştirak etdiyi 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.