"Real"ın futbolçusu əməliyyat olunacaq
27.04.2026 - 21:21
"Real"ın müdafiəçisi Eder Militaonun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, bu həftə Finlandiyada əməliyyat olunacaq.
Futbolçunun 2025-ci ilin dekabrında aldığı bud zədəsinin təkrarlanması səbəbindən əməliyyata ehtiyac duyulub.
Tibbi heyətin ilkin rəyinə görə, braziliyalının sağalma müddəti təxminən beş ay olacaq.
Buna görə də müdafiəçi qarşıdan gələn Dünya çempionatında iştirak edə bilməyəcək .
0
0