Çempionlar Liqasının və La Liqanın son qalibi “Real” gələcək ulduzları bəllidir.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi gələcəyi üçün narahat olmaya bilər.
Komandanın heyətində indidən parlamağa başlayan 6 gənc futbolçu yer alıb. Onlar “Real”ın veteranlarını layiqincə əvəz etməyə hazırdır.
Yaşı 24 və ya daha az olan bu gələcəyin ulduzları ilə bağlı yeganə problem onları heyətində saxlamaqdır. Əksəri ilə uzunmüddətli anlaşan “Kral klubu” bu oyunçularla zirvədəki yerini qorumağa iddialıdır.

Eduardo Kamavinqa – 19 yaş
Rodriqo – 21 yaş
Orelyen Tçuameni – 22 yaş
Vinisius Junior – 22 yaş
Eder Militao – 24 yaş
Federiko Valverde – 24 yaş
Qeyd edək ki, “Real” cari mövsümün startında ardıcıl 9 matçda qalib gəlməklə qələbələrdən doymadığını bir daha nümayiş etdirib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı